2 fevral 2026. Bazar ertəsi

Azərbaycan para-atletləri Antalyaya yollandı


  • Offside
  • 16:28 05.03.2022
  • Oxunma sayı: 159
Azərbaycan para-atletləri Antalyaya yollandı

Azərbaycanın para-atletika üzrə yığma komandası Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yola düşüb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən "Corner.az"a verilən məlumata görə, on günlük toplanış baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında gerçəkləşəcək.

Məqsəd 2 - 9 mayda İtaliyanın Yesolo şəhərində keçiriləcək para-atletika üzrə lisenziya xarakterli Qran-priyə səmərəli hazırlaşmaqdır.







Offside