23 mart 2026. Bazar ertəsi

Neftçi EKOL-u məğlub etdi, liderdən darmadağın


  • Offside
  • 22:33 05.03.2022
  • Oxunma sayı: 165
Neftçi EKOL-u məğlub etdi, liderdən darmadağın
Bu gün futzal üzrə Yüksək Liqada XV turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun bütün oyunları “Olimpik Star”da baş tutub.
 
Əvvəlcə lider “Araz” “Record”la üz-üzə gəlib. Naxçıvan təmsilçisi bu oyunda 15 cavabsız qolla qələbə qazanıb.
 
Turun mərkəzi oyununda liderin əsas izləyiciləri – EKOL və “Neftçi” qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda “Neftçi” qalib gəlib.
 
“Baku Fire” bu turda “Alyans”la münasibətilərinə aydınlıq gətirib. “Baku Fire” da turu 3 xalla başa vurub.
 
U-19 – “Xilə” oyunu isə nominal qonaqların təyin olunan vaxtda meydana çıxmaması səbəbindən keçirilməyib. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.
 
Yüksək Liqa
XV tur
5 mart
 
Record – Araz (Naxçıvan) 0:15
Qol: Xətai Bağırov, 2:12; 22:14; 32:12. Fərid Ələkbərov, 8:27. Matin Qahremani, 14:06-öz qapısına. David Qustavo, 16:53; 19:28; 28:11; 36:53. Murilo, 22:37. Felipinyo, 31:42. Maneka, 31:53; 33:00; 34:28.
Hakimlər: Hüseyn Əsgərov, Ceyhun Hüseynov, Xəlil Xəlilov.
Hakim-inspektor: Mehman Mahmudov.
“Olimpik Star”. Saat 13:00.
 
Neftçi İK – EKOL 3:1
Qol: Fərid Atakişiyev, 2:48; 39:11. Omid Talebi, 20:26 - Namiq Məmmədkərimov, 9:52-pen.
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Nail Nağıyev.
Hakim-inspektor: Elçin Səmədli.
“Olimpik Star”. Saat 15:00.
 
Alyans – Baku Fire 3:7
Qol: Salar Mollazadeh, 19:35. Nihad Əhmədov, 38:09. Sajjad Amirteimour, 39:25 - Elvin Quliyev, 6:45; 33:56. Tofiq Əliyev, 8:20. Rasif Səfiyarov, 9:28. İbrahim Zeynalov, 20:40. Novruz Ələkbərov, 25:57. Renat Sultanov, 30:45.
Hakimlər: Ziya Nəsirov, Anar Fərəcov, Rza Məmmədov.
Hakim-inspektor: Ramiz Əsədov.
“Olimpik Star”. Saat 17:00.
 
U-19 – Xilə
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Nahid Xasıyev.
Hakim-inspektor: Murad Məmmədov.
“Olimpik Star”. Saat 19:00.
 
Xal durumu: Araz – 43, EKOL – 33, Neftçi – 31, Baku Fire – 28, Record – 12, Alyans – 12, U-19 – 10, Xilə – 6.






Offside