- Offside
- 23:20 30.01.2025
Ermənistanın “Ararat” komandasının futbolçusu Muşeq Gevondyanpaytaxt İrəvanda atışma zamanı qətlə yetirilib.
Corner.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə Kanaker-Zeytun rayonunda baş verib.
Atışma zamanı güllə yarası alan 3 nəfər xəstəxanaya yerləşdirilib. Lakin onlardan biri – “Ararat”ın ikinci komandasında çıxış edən Gevondyan dünyasını dəyişib.
Klub 23 yaşlı qapıçının ölümü ilə əlaqədar başsağlığı verib.