23 mart 2026. Bazar ertəsi

Həbib Nurməhəmmədovun adı Şöhrət Zalına daxil edildi


  • Offside
  • 15:14 06.03.2022
  • Oxunma sayı: 139
Həbib Nurməhəmmədovun adı Şöhrət Zalına daxil edildi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov Şöhrət Zalına daxil edilib.

Corner.az UFC-nin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı Nurməhəmmədov adı ABŞ-ın Las Veqas şəhərində hazırlanacağ böyük tədbirlə adı UFC Şöhrətlər Siyahısına yazılacaq. "Qartal" ləqəbli keçmiş çempion buraya salınan ilk Rusiya təmsilçisi olub.

Şöhrət Zalına idmanın inkişafına həlledici təsir göstərmiş insanlar salınır.

Qeyd edək ki, Nurməhəmmədov  2020-ci ilin oktyabrında karyerasını bitirib. O, karyerası ərzində 29 döyüşünün hamısını qələbə ilə başa vurub. Bunlardan 13-ü UFC-yə təsadüf edib.







Offside