31 yanvar 2026. Şənbə

Millimiz Serbiyaya məğlub oldu


  • Offside
  • 22:33 16.04.2019
  • Oxunma sayı: 636
Millimiz Serbiyaya məğlub oldu

Futzal üzrə Azərbaycan milli komandası bu gün Serbiya yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.

Corner.az xəbər verir ki, qarşılaşmadan əvvəl “Ekonomaç” klubunun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinmiş millimizin üzvü Vitali Borisova xatirə hədiyyəsi təqdim edib. 

Oyun rəqibin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Thaqo Telesin dubl etdiyi görüşdə komandamızın digər qollarını İsa Atayev, Fineo de Araujovə Ramiz Çovdarov vurub.

Qeyd edək ki, komandalar arasında dünən keçirilmiş oyunda Azərbaycan millisi 2:1 hesabı ilə qələbə qazanıb.







Offside