Rusiya qoşunları Ukraynanın “Desna” komandasının ev oyunlarını keçirdiyi Yuri Qaqarin adına stadionu atəşə tutub. Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Çerniqovdakı stadionun tribunalarından birinin yuxarı hissəsi dağıdılıb.
Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb. “Desna” 28 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.