26 noyabr 2024. Çərşənbə axşamı

Andrey Şevcenko'nun gözyaşları ...


  • Offside
  • 15:19 08.03.2022
  • Oxunma sayı: 133
Andrey Şevcenko'nun gözyaşları ...

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko ölkəsindəki hərbi vəziyyətdən danışıb.

Corner.az xəbər verir ki, Şevçenko, “Rai 3” telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski haqda da fikirlərini bildirib:

“ Ağlamaqdan dayana bilmirəm. Bunun üçün hər kəsdən üzr istəyirəm. Anam, bacım və qohumlarım Ukraynadadılar. Onlara hər gün zəng edirəm, onların vəziyyəti məni çox narahat edir. Mənə nələr çəkdiklərini deyirlər. Şəhərlər bombalanır, uşaqlar ölürlər ancaq yaşlı insanlar hələ də ordadırlar və heç bir yerə gedə bilmirlər. İdmanın gücü, xüsusilə insanlara verdiyi mesaj baxımından çoxdur. İnsanların düşüncələrini bu vasitə ilə dəyişdirə bilərik. Verəcəyimiz şey ancaq barış mesajı olmalıdı. Ukrayna Avropanın bir hissəsi olmaq istəyir, bu, bizim qərarımız idi. Zelenski bizi azadlığımıza və müstəqilliyimizə aparacaq böyük prezidentdir. Putini diplomatik yollarla danışıqlara razı salmağa çalışmalıyıq"

Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçiblər və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu səbəbdən  Rusiyaya ilə yanaşı Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilib. Sözügedən ölkələr müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.







Offside