26 noyabr 2024. Çərşənbə axşamı

Premyer Liqanın yayımı Rusiyada rəsmən dayandırıldı


  • Offside
  • 22:48 08.03.2022
  • Oxunma sayı: 121
Premyer Liqanın yayımı Rusiyada rəsmən dayandırıldı

İngiltərə Premyer Liqasının oyunlarının Rusiyada yayımı rəsmən dayandırılıb.

Corner.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Rusiyanın Ukraynaya hücumuna görə belə qərar verildiyi bildirilib.

Premyer Liqanın yaydığı bəyanatda Ukrayna xalqına maddi və mənəvi dəstək olunduğu qeyd edilib:

“İngiltərə Premyer Liqası və onun klubları bu gün yekdilliklə “Rambler”in Rusiya yayım tərəfdaşı “Okko Sport” ilə əməkdaşlığı dayandırmaq qərarına gəliblər. Qərar dərhal qüvvəyə minir. Liqa həmçinin, Ukrayna xalqına dəstək üçün 1 milyon funt sterlinq ianə etməyi qərara alıb. 

Premyer Liqa rəhbərliyi Rusiyanın Ukraynaya təcavüzünü qətiyyətlə pisləyir. Biz sülhə çağırırıq və zərər çəkənlərin hamısına mənəvi dəstək veririk”,

Daha əvvəl “böyük beşlik” ölkələrindən Fransa da Liqa-1-in Rusiya ərazisində yayımına qağada qoyub.

Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçiblər və bu dünyada kəskin etirazlarla qarşılanıb. Bu səbəbdən Rusiya və onun müttəfiqi Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələr müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.







Offside