11 dekabr 2025. Cümə axşamı

Şirokovla özüm haqq-hesab çəkəcəm


  • Offside
  • 14:16 09.03.2022
  • Oxunma sayı: 145
Şirokovla özüm haqq-hesab çəkəcəm
Ukrayna millisinin və Kiyev “Dinamo”sunun əslən azərbaycanlı keçmiş futbolçusu Aleksandr Əliyev Rusiya yığmasının sabiq kapitanı Roman Şirokovun Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən fikirlərinə münasibət bildirib. Corner.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı sabiq futbolçu açıqlamasında Şirokovla nə vaxtsa haqq-hesab çəkəcəyini bildirib:
 
“Kaş alçaq burda olaydı. O, insanların deyib-güldüyü məkanlara, restoranlara gedir, maşınla rahat gəzir. Burda uşaqlarımız, qızlarımız, həyat yoldaşlarımız və analarımızın başına nələrin gəldiyini, insanların öldüyünü görsəydi, bu alçağın ürəyi dayanar və yerindən qopardı.
 
Eybi yox, düşünürəm ki, tezliklə bu alçağı hardasa görəcəm. Onunla özüm haqq-hesab çəkəcəm. Çünki rahat oturub danışan insanlara nifrət edirəm. Başa düşürəm ki, Rusiya telekanallarında onlar tam başqa şeylər görürlər. Amma bura tam cəhənnəmdir”.
 

Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçiblər və bu dünyada kəskin etirazlarla qarşılanıb. Bu səbəbdən Rusiya və onun müttəfiqi Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələr müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.








Offside