11 dekabr 2025. Cümə axşamı

Bekhemdən ukraynalı uşaqlara 1 milyonluq yardım


  • Offside
  • 14:19 09.03.2022
  • Oxunma sayı: 137
Bekhemdən ukraynalı uşaqlara 1 milyonluq yardım
İngiltərə millisi və "Mançester Yunayted"in keçmiş futbolçusu, MLS-də mübarizə aparan “İnter Mayami”nin sahibi Devid Bekhem və onun həyat yoldaşı Viktoriya Bekhem ukraynalı uşaqlara dəstək olub.

Corner.az “Mirror”a istinadən xəbər verir ki, 46 yaşlı funksionerin ailəsi Rusiya ilə müharibə nəticəsində əziyyət çəkən ukraynalı uşaqlara yardım məqsədiylə UNİCEF-lə birlikdə ianə yığımına start verib.  Onlar aksiya üçün ilkin olaraq 1 milyon funt sterlinq ödəyiblər. Bekhem öz “İnstaqram” hesabında yazıb:
 
“Analar uşaqları ilə birlikdə qaçmağa məcbur olur, ailələr dağılır. Uşaqları çarpayılarından götürürlər ki, gecə ilə evlərini tərk etsinlər. Ukraynada müharibə ikinci həftəyə uzandığından, ailələrin ehtiyacları artır. 7,5 milyon uşaq hazırda təhlükədədir. Buyurun, mənə qoşulun və əlinizdən gələn hər şeyi edin”.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.






Offside