11 dekabr 2025. Cümə axşamı

17 nəfərin ölümünə səbəb olan oyunla bağlı yekun qərar


  • Offside
  • 16:30 09.03.2022
  • Oxunma sayı: 142
17 nəfərin ölümünə səbəb olan oyunla bağlı yekun qərar
Meksika çempionatının “Keretaro” -“Atlas” arasında yarımçıq dayandırılmış 9-cu turun oyunu ilə bağlı qərar verilib. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Meksika Futbol Federasiyasının qərarına əsasən, “Keretaro” bir il ərzində ev oyunlarını başqa stadionda olmaqla yanaşı azarkeşsiz keçirəcək.
 
Bundan başqa, klubun aşağı yaş qruplarından və qadınlardan ibarət komandalarının oyunlarına da azarkeşlər buraxılmayacaq. Klubun hazırkı rəhbərliyi isə 5 il müddətinə bütün futbol yarışlarından kənarlaşdırılıb. “Keretaro”ya 70 min dollar cərimə olunub və “Atlas”la matçda texniki məğlubiyyət verilib.
 
“Keretaro” rəhbərliyinə ilin sonunadək klubu satmaq üçün vaxt verilib.
 
Komandanın fan-klubları 3 il ev, 1 il səfər matçlarında stadionlara buraxılmayacaq. “Atlas”ın fanatları isə 6 ay səfər oyunlarını buraxmalı olacaq.
 
“Keretaro” ilə “Atlas” arasındakı oyun vaxtı baş vermiş kütləvi dava nəticəsində 17 nəfər vəfat edib.






Offside