23 mart 2026. Bazar ertəsi

Millinin sabiq futbolçusu hoteldə yıxılaraq öldü


  • Offside
  • 21:34 09.03.2022
  • Oxunma sayı: 134
Millinin sabiq futbolçusu hoteldə yıxılaraq öldü

Nigeriya millisinin sabiq futbolçusu Castis Kristofer faciəvi hadisə nəticəsində dünyasını dəyişib.

Corner.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı sabiq yarımmüdafiəçi hotel otağında yıxılaraq ağır xəsarət alıb.

Kristofer xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2001 - 2002-ci illərdə yığmaya dəvət almış Castis Kristofer 11 oyunda meydana çıxıb. O, karyerası ərzində Belçikanın "Anverpen", Bolqarıstanın "Levski" (Sofiya) və Rusiyanın "Alaniya" klublarının da formasını geyinib.







Offside