23 mart 2026. Bazar ertəsi

Məmmədli Avropa çempionu oldu


  • Offside
  • 22:07 09.03.2022
  • Oxunma sayı: 149
Məmmədli Avropa çempionu oldu

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir. 

Corner.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli final görüşünə çıxıb. Onun 60 kq çəki dərəcəsindəki rəqibi gürcüstanlı İrakli Dzimistraişvili olub. Rəqibinə ilk hissədəcə tam üstünlüklə – 10:0 hesabı ilə qalib gələn Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.







Offside