Ümumdünya Karate Federasiyası (WKF) Rusiya və Belarus təmsilçilərinin öz bayrağı altında keçirilən beynəlxalq yarışlarda iştirakına qadağa qoyub. Corner.az xəbər verir ki, bu barədə WKF-nin rəsmi saytı məlumat yayıb.
Bu addım Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar atılıb. Qərar Beynəlxalq Olimpiya Komitəsinin (IOC) tövsiyyəsi əsasında qəbul edilib və növbəti xəbərdarlığadək qüvvədə olacaq.
Xatırladaq ki, daha əvvəl 2023-cü ildə keçirilməli olan Avropa çempionatının ev sahibliyi Rusiyadan alınmışdı. Həmçinin Rusiyanın paytaxtı Moskvada keçirilməli olan Karate 1 Premyer Liqa turniri də ləğv olunub. Bu yarışın da başqa ölkədə keçiriləcəyi elan olunub.