26 noyabr 2024. Çərşənbə axşamı

Çelsi'nin satışına qadağa qoyuldu


  • Offside
  • 14:04 10.03.2022
  • Oxunma sayı: 171
Çelsi'nin satışına qadağa qoyuldu

Rusiya iş adamı Roman Abramoviçə İngiltərənin "Çelsi" klubunu satması hələlik qadağan olunub.

Corner.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb 55 yaşlı funksionerin sanksiyalara məruz qalması olub.

Hökumətin açıqlamasında Abramoviçin aktivləri dondurulduğu, ona Britaniyanın fiziki və hüquqi şəxsləri ilə əməliyyat keçirməsi qadağan edildiyi bildirilib.

Abramoviçin səfərlərinə və uzun yol qət etməsinə də sanksiya qoyulub.

London təmsilçisi xüsusi lisenziya ilə işləyəcək.  Klubun satışı hələlik dayandırılıb."Zadəganlar"ın bilet satışına da qadağa qoyulub. Komandanın oyunlarına yalnız abunəsi olan şəxslər gələ bilərlər.

Bundan əlavə, Abramoviçin Böyük Britaniyanın "qara siyahı"sına salındığı da vurğulanıb.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fonduna verib. O, martın 2-də klubu satmaq istədiyini açıqlayıb. Rusiyalı iş adamı satışdan 4 milyard funt sterlinq (4,84 milyard avro) əldə etmək istəyib.







Offside