26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycan qadın güləşçilərindən AÇ-da daha,2 medal


  • Offside
  • 21:46 10.03.2022
  • Oxunma sayı: 123
Azərbaycan qadın güləşçilərindən AÇ-da daha,2 medal

Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

Corner.az-ın məlumatına görə, 68 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada ispaniyalı Marta Navarro üz-üzə gəlib.

Görüşdən 6:3 hesabı ilə qalib ayrılan Mirzəzadə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

***

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında final görüşünə çıxıb.

Corner.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində rəqib rumıniyalı Andreya Beatris Ana olub.

Rəqibinə 0:12 hesabı ilə uduzan Məmmədova gümüş medalla kifayətlənib.

50 kq-da yer alan Şəhanə Nəzərova isə bürünc medal görüşündə almaniyalı Liza Erselə uduzaraq (8:9) 5-ci yeri tutub.







Offside