- Offside
- 22:48 26.11.2024
Rusiya qoşunları Ukraynanın "Desna" klubunun ev oyunlarını keçirdiyi Yuri Qaqarin adına stadionu növbəti dəfə atəşə tutublar.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, nəticədə Çerniqovdakı arenaya xeyli ziyan dəyib.
Bundan əlavə, stadionun yaxınlığında yerləşən kitabxana da zərər görüb.
Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb. "Desna" 28 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb. Daha əvvəl martın 7-də idman obyekti atəşə tutulub.