Parataekvondo üzrə Azərbaycan milli komandası İrana yollanıb. Corner.az xəbər verir ki, komandamız martın 14-də Tehranda təşkil olunacaq Asiya regionu üzrə “President Cup” G-2 kateqoriyalı beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Yığmamız qonşu ölkəyə 5 idmançı ilə yola düşüb. Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Röyalə Fətəliyeva (K-44, 47 kq), Sabir Zeynalov (K-44, 58 kq), Sadiq Həmidov (K-44, 63 kq), İmaməddin Xəlilov (K-44, 70 kq), Əbülfəz Abuzərli K-44, 80 kq çəki dərəcəsində mübarizə aparacaq.
Xatırladaq ki, Tehranda taekvondo yarışları davam edir və bu yarışlarda böyüklərdən ibarət millinin kişi və qadın taekvondoçuları da iştirak edirlər.