11 dekabr 2025. Cümə axşamı

Basketbol yığmamızdan Türkiyədə növbəti qələbə


  • Offside
  • 20:56 11.03.2022
  • Oxunma sayı: 145
Basketbol yığmamızdan Türkiyədə növbəti qələbə
Basketbol üzrə Azərbaycan yığma komandası Türkiyədəki təlim-məşq toplanışını davam etdirir. Corner.az xəbər verir ki, millimiz İzmir şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.
 
Komandamız ikinci sınağında Türkiyənin regional liqa komandası “Söke Bələdiyəspor” ilə qarşılaşıb. Azərbaycan basketbolçuları bu görüşdə 84:72 hesabı ilə qalib gəlib.
 
Xatırladaq ki, Azərbaycan millisi daha öncə Türkiyənin “Karşıyaka” komandası ilə qarşılaşmadan 75:70 hesabı ilə qalib ayrılmışdı.






Offside