- Offside
- 02:21 23.03.2026
Azərbaycanın daha bir sərbəst güləşçisi Aydın Əhmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Corner.az-ın məlumatına görə, 125 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hovhannes Maqnakyana qalib gələrək yarımfinala yüksəlib.
74 kq-dakı Cəbrayıl Hacıyev digər erməni güləşçi Menua Yaribekyana və avstriyalı Simon Marchla qalib gələrək yarımfinala adlayıb.
Abubakr Abakarov 1/8 finalda bolqarıstanlı Hristo İliyevi, ardınca isə Fransanı təmsil edən Rəhim Maqamedovu yeni.
Abdulcəlil Şabanov (92 kq) 1/8 finalda albaniyalı Emiliano Onuziyə qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Daviti Koquaşviliyə yenilib.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.