Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıdakı dünya çempionatında gümüş medal qazanıb. Corner.az xəbər verir ki, duet finalda templə hərəkətlərdə 29.090 xala layiq görülüb.
Komanda bu nəticəyə əsasən ikinci yeri tutub. Belçika seçməsi qızıl, Böyük Britaniya isə bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət cütlük bürünc medala sahib çıxıb.