Ukraynanın “Viktoriya” klubunun futbolçusu Yuri Tsapi itkin düşüb. Corner.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 36 yaşlı futbolçu və ailəsi ilə əlaqə kəsilib.
Məlumatda, Tsapi və ailəsi Rusiya qoşunlarının mühasirəyə aldığı Mariupolda yaşadığı bildirilib.
Tsapi Ukraynanın “Qornyak-Sport”, “Poltava” və “Nikolayev” komandalarının da şərəfini qoruyub.
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanılıb. Sözügedən ölkələrin müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.