Rusiyalı kikbokçsu, qarışıq döyüş növləri üzrə “Döyüş gecələri”nin çempionu Vladimir Mineyev Ukraynada keçirilən xüsusi əməliyyat zamanı qardaşı Pyotr Mineyevin öldüyünü açıqlayıb. Corner.az xəbər verir ki, idmançı bu barədə “Teleqram” kanalında yazıb:
“Dostlar, dünya çökdü və alt-üst oldu, həyat kəskin şəkildə dəyişdi. Amma həyat yenə də davam edir”.
30 yaşlı idmançı müqavilə əsasında Ulyanovskda yerləşən hava-desant briqadasında xidmət edib.
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələrin müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.