Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın basketbol üzrə gənclərdən ibarət (U-18) komandası növbəti sınaq oyununa çıxıb. Corner.az xəbər verir ki, millimiz Türkiyənin regional liqa təmsilçisi “Kadıköy Basket” komandası ilə üz-üzə gəlib və bu oyundan 77:84 hesablı məğlubiyyətlə ayrılıb.
Bu görüşün ən məhsuldar basketbolçusu 26 xalla millimizin üzvü Rəşid Abbasov seçilib.
Xatırladaq ki, U-18 bundan əvvəlki sınaq matçlarından qalib ayrılmışdı.