13 dekabr 2025. Şənbə

Məşhur ukraynalı futbolçu avtomobil qəzası keçirdi


  • Offside
  • 21:09 14.03.2022
  • Oxunma sayı: 193
Məşhur ukraynalı futbolçu avtomobil qəzası keçirdi

Ukrayna millisini sabiq futbolçusu Aleksandr Yakovenko maşın qəzası keçirib.

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı sabiq vinger Türkiyənin Manisa şəhərində avtomobil qəzasına düşüb. O, menecer dostu Yunus Emre Sayılqanın dəvəti ilə İzmirin Çeşmə bölgəsinə gedirmiş. Yakovenkonun vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, o, karyerası ərzində "Anderlext", "Malaqa", "Fiorentina" və "Dinamo" ( Kiyev ) kimi  klublarda çıxış edib.







Offside