13 dekabr 2025. Şənbə

Azərbaycan millisi Tehrandan 3 medalla qayıdır


  • Offside
  • 23:47 14.03.2022
  • Oxunma sayı: 169
Azərbaycan millisi Tehrandan 3 medalla qayıdır
İranın paytaxtı Tehranda Asiya regionu üzrə parataekvondoçular arasında G-2 kateqoriyalı “President Cup” turniri keçirilib. Corner.az xəbər verir ki, yarışa 5 idmançı ilə qatılan Azərbaycan millisi üç medal qazanıb.
 
Millinin baş məşqçisi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Sabir Zeynalov (K-44, 58 kq) və İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş, Əbülfəz Abuzərli isə (K-44) 80 kq çəki dərəcəsində bürünc medal qazanıb.






Offside