- Offside
- 09:45 13.12.2025
Fransanın PSJ klubunun sabiq futbolçusu Bruno Rodriqesin ayağı amputasiya olunub.
Corner.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbolçular İttifaqı məlumat yayıb.
49 yaşlı veteran hücumçu davamlı ağrılardan əziyyət çəkdiyi üçün ayağının kəsilməsinə razılıq verdiyi vurğulanıb.
Qeyd edək ki, Bruno Rodriqes 2000 - 2001-ci illərdə PSJ-də çıxış edib. Fransalı keçmiş forvard həmçinin ölkəsinin "Monako", "Lans" klublarında, İspaniyanın "Rayo Valyekano" komandasında da oynayıb. O, PSJ-nin heyətində 18 oyunda 6 qol vurub. 2005-ci ildə karyerasını başa vurmuş veteran futbolçu ümumilikdə 259 matçda 76 qol vurub.