27 noyabr 2024. Çərşənbə

Azərbaycan Böyük Dəbilqə'yə 17 idmançı ilə yollanır


  • Offside
  • 15:53 16.03.2022
  • Oxunma sayı: 228
Azərbaycan Böyük Dəbilqə'yə 17 idmançı ilə yollanır

Azərbaycanın kişi və qadınlardan ibarət cüdo millisinin aprelin 1-dən 3-dək Türkiyənin Antalya şəhərində keçiriləcək “Böyük Dəbilqə” turniri üçün ilkin heyəti açıqlanıb. Corner.az xəbər verir ki, məşqçilər heyəti yarışa ümumilikdə 17 idmançı  - 13 kişi və 4 qadın sifariş edib.

Kişilərin yarışında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri və İmran Yusifov (hər ikisi +100 kq) mübarizə aparacaq. Qadınlar arasında isə Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Günel Həsənli (70 kq) çıxış edəcək.

Qeyd edək ki, “Böyük Dəbilqə”də bu günədək 61 ölkədən 447 cüdoçu iştirakını təsdiqləyib.







Offside