- Offside
- 09:25 31.10.2024
İspaniyanın "Real Madrid" klubu Ukraynanın qaçqın əhalisinə bir milyon avro bağışlayıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kral klubu" "Real Madrid" Fondunun martın 5-də başlatdığı "Hamı Ukrayna ilə birlikdə" kampaniyasına qoşulub. Paytaxt təmsilçisi əhalinin ehtiyaclarını yüngülləşdirməyə kömək məqsədilə bir milyon avro ödəyib.
Bundan əlavə, fond Ukraynadan çıxan qaçqınlar üçün 13 mindən çox isti idman geyimi bağışlayıb.
Qeyd edək ki, Ukrayna millisinin qapıçısı Andrey Lunin "Real Madrid"in formasını geyinir.