Rusiya və Belarus yığmalarının Beynəlxalq Şahmat Federasiyasının (FİDE) himayəsi altında keçirilən turnirlərdə iştirakına qadağa qoyulub. Corner.az xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Rusiya və Belarus şahmatçıları qurumun fərdi turnirlərində neytral statusda – milli simvollar olmadan iştirak edə bilərlər.
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələrin müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.