13 dekabr 2025. Şənbə

AÇ: Daha bir boksçumuz 1/4 finala yüksəldi


  • Offside
  • 20:25 17.03.2022
  • Oxunma sayı: 145
AÇ: Daha bir boksçumuz 1/4 finala yüksəldi
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Corner.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin üzvü Cəlal Qurbanov (63,5 kq) ikinci döyüşünə çıxıb.
 
1/16 final mərhələsində finlandiyalı Yere Niemelainenə (Finlandiya) qalib gələn boksçumuz bu dəfə sloveniyalı Nik Nikolovla üz-üzə gəlib. Görüş Qurbanovun qələbəsi ilə başa çatıb. O, rəqibini 3:0 (29:27, 29:27, 28:28, 29:27, 28:28) hesabı ilə məğlub edib.
 
İdmançımız 1/4 finalda İqor Kovtunla (Ukrayna) qarşılaşacaq. Döyüş martın 19-da baş tutacaq.
 
Həmin gün yarımfinal uğrunda millinin daha 4 boksçusu – Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq) və Nəbi İsgəndərov (67 kq) da rinqə çıxacaq.
 
Avropa çempionatında final döyüşləri martın 23-də olacaq.






Offside