13 dekabr 2025. Şənbə

UEFA maliyyə feyr-pleyi qaydalarında dəyişiklik edəcək


  • Offside
  • 23:15 17.03.2022
  • Oxunma sayı: 166
UEFA maliyyə feyr-pleyi qaydalarında dəyişiklik edəcək

UEFA maliyyə feyr-pleyi qaydaları ilə bağlı islahatlar etməyə hazırlaşır.

Corner.az  "RMC Sport"a istinadən xəbər verir ki, Avropa futbol qurumu klubların maliyyəsinə nəzarəti gücləndirmək niyyətindədir.

Maliyyə balansı mənfi olan komandalar sanksiya ilə hədələnəcək və onlardan vəziyyətin dəyişdirilməsi tələb olunacaq. UEFA bununla da  klub sahiblərinin daha məsuliyyətli olacağını düşünür.

Bundan əlavə, maliyyə nəzarəti şərtlərinin dəyişdirilməsi nəzərdə tutulur. İslahat qəbul olunarsa, komandaların cari il üçün maliyyə hesabatları qiymətləndiriləcək. Əmək haqqı, transfer haqları və agentlərə ödənişlərə xüsusi nəzarət ediləcək. Klubun xərcləyə biləcəyi məbləğ onun dövriyyəsindən asılı olacaq.







Offside