- Offside
- 09:45 13.12.2025
Fransanın PSJ klubunun futbolçusu Leven Kürzava yerli azarkeşlərin hücumuna məruz qalıb.
Corner.az-ın məlumatına görə, hadisə 29 yaşlı müdafiəçi məşqdən çıxıb evinə qayıdarkən yaşanıb.
İşıqforun qırmızı işığında avtomobilin dayanmasından istifadə edən fanatlar qapını açaraq, fransalı futbolçunu vurmağa başlayıblar.
İnsidentin videosunu sosial şəbəkələrdə paylaşan azarkeşlər bunları yazıblar: "Kürzava ilə məşqdən sonra görüşdük. Hamınızı belə ovlayacağıq".
Qeyd edək ki, PSJ-nin Çempionlar Liqası ilə erkən vidalaşmasını qəbul edə bilməyən azarkeşlər futbolçulara etirazlarını müxtəlif formada bildirirlər. Daha əvvəl Lionel Messi çempionat oyunu vaxtı fitə basılıb.