- Offside
- 09:45 13.12.2025
AFFA İntizam Komitəsi “Hövsan” komandasının futzalçısı Nihad Əcəmovu 14 oyunluq cəzalandırıb.
Corner.az-ın məlumatına görə, buna səbəb oyunçunun “Timsport”a qarşı İkinci Liqa matçında qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan qovulduqdan sonra hakimə qarşı fiziki təsir göstərməsi və təhqir etməsi olub.
Bundan başqa, görüşün 25-ci dəqiqəsində “Hövsan”ın digər üzə Zaur Həsənov referini təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Daha sonra yenidən meydan daxil olan futzalçı təhqirlərə davam etdiyi üçün 5 oyun cəza alıb.
Bundan başqa, “İSMA” Baku – “Baker Tilly” oyununda qonaq komandanın futzalçısı Orxan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, yenidən meydana qayıdaraq hakimə fiziki təsir göstərib. Bu səbəbdən Həsənovun cəzasının üzərinə 11 oyun əlavə olunub.