13 dekabr 2025. Şənbə

Bahar Kubokunun qalibi bəlli oldu


  • Offside
  • 17:13 18.03.2022
  • Oxunma sayı: 155
Bahar Kubokunun qalibi bəlli oldu

Qadın voleybolçular arasında Bahar Kubokuna yekun vurulub.

Corner.az-ın məlumatına görə, 3-cü yer uğrunda oyunda "Azərreyl" və UNEC komandaları üz-üzə gəliblər. Görüşdə 3:0 (25:20, 25:14, 25:16) hesablı qələbə qazanan "Azerreyl" bürünc medallara sahib çıxıb.

Final matçında isə "Abşeron" və "Murov" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşdə isə rəqibini 3:0 (25:23, 25:18, 25:18) hesabı ilə məğlub edən "Abşeron" Bahar Kubokunun qalibi olub.

Qeyd edək ki, turnirin bütün oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.







Offside