31 oktyabr 2024. Cümə axşamı

Yığmamız Latviyaya da uduzdu


  • Offside
  • 22:00 18.03.2022
  • Oxunma sayı: 135
Yığmamız Latviyaya da uduzdu
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi seçmə mərhələ çərçivəsində növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, komandamız bu dəfə Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matç millimizin məğlubiyyəti ilə bitib. Komandamızın yeganə qolunu matçın sonlarında Fuad Məmmədzadə vurub.
 
Xatırladaq ki, yığmamız ilk oyununda meydan sahibi Xorvatiyaya 1:6 hesabıyla uduzmuşdu.
 
AÇ-nin seçmə mərhələsi
7-ci qrup
18 mart
 
Latviya – Azərbaycan 4:1
Hakimlər: Michael Lima De Sousa (Lüksemburq), Talqat Kosmuxambetov (Qazaxıstan), Pablo Delgado Sastre (İspaniya).
Timekeeper: Mislav Dzeko (Xorvatiya).
Karlovac şəhəri, Mladost Arena. Saat 20:00.
 
Latviya: 12. Rayner Murniek, 3. Tom Kristian Qrisli, 4. Edqard Tarakanov, 7. Nikita Yelaqov (k), 8. Andzey Miçkeviç, 1. Alen Daniel Sprukt, 2. Marks Zil, 5. Daniil Fogel, 6. Denis Lindekrona, 9. Eduard Oşis, 13. Maksim Puzikov, 19. Raivis Svilis.
Baş məşqçi: Artur Şketov.
Azərbaycan: 12. Azər Fərmanov, 2. Novruz Kazıxanov, 4. Nazim Rəhimov, 5. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 1. Zaur Sultanov, 3. Fariz Mehralıyev, 6. Mirzə Əmirov, 8. Mikayıl Qiyasov, 10. Şaiq Vəlizadə, 11. Məhəmməd Abbasov, 13. Fuad Məmmədzadə (k).
Baş məşqçi: Ağatahir Əzimov






Offside