Türkiyədə gənclər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Velo Alanya Junior” yarışına yekun vurulub. Corner.az xəbər verir ki, 9 ölkədən 17 komandanın tərkibində 83 velosipedçinin mübarizə apardığı 2 günlük turnirdə Azərbaycanın idman şərəfini gənclər yığmamızın üzvü Kamran Mirzəxanov qoruyub.
İlk yarış günündə iştirakçılar 6,3 km məsafəyə fərdi ötüşmədə bacarıqlarını nümayiş etdiriblər. Bu növdə 20-ci olan Kamran 101 km-lik qrup ötüşməsində daha yaxşı çıxış edib. O, finiş xəttini 10-cu keçməklə ümumi təsnifatda 15-ci nəticə göstərib.