27 noyabr 2024. Çərşənbə

Göygöldə beynəlxalq cüdo turniri keçiriləcək


  • Offside
  • 17:56 20.03.2022
  • Oxunma sayı: 173
Göygöldə beynəlxalq cüdo turniri keçiriləcək
Azərbaycanda cüdo üzrə beynəlxalq turnirə start verilir. Corner.az xəbər verir ki, martın 23-24-də Göygöl rayonunda Azərbaycan Respublikasının əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunmuş U-18 beynəlxalq turnir təşkil olunacaq.
 
Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək yarışda Türkiyə, Almaniya, Gürcüstan, Macarıstan, Özbəkistan və Sloveniyadan 100-dən çox idmançı ölkələrini təmsil edərək medallar uğrunda mübarizə aparacaqlar. Turnirdə Azərbaycanın da 400-ə yaxın gənc cüdoçusu iştirak edəcək.
 
2 gün davam edəcək beynəlxalq yarışda qızlar -36, -40, -44, -48, -52, -57, -63, -70, +70 kq, oğlanlar isə -46, -50, -55, -60, -66, -73, -81, -90, +90 kq çəki dərəcələrində güclərini sınayacaqlar.
 
Yarışda 2005-2007-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Turnirin əsas məqsədi idmançıların peşəkarlıq səviyyəsinin artırılması, ustalıqlarının təkmilləşdirilməsi və ölkələrarası dostluq əlaqələrinin yaradılması və gücləndirilməsinə dəstək verməkdir.
 
Turnir Azərbaycan Cüdo Federasiyasının, Göygöl rayon Gənclər və İdman İdarəsinin və Göygöl Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə baş tutacaq.






Offside