27 noyabr 2024. Çərşənbə

Xorvatiyadan 5 qızıl, 1 gümüş, 6 bürünc medalla


  • Offside
  • 13:00 21.03.2022
  • Oxunma sayı: 221
Xorvatiyadan 5 qızıl, 1 gümüş, 6 bürünc medalla
Azərbaycan karateçiləri Xorvatiyanın Samobor şəhərində keçirilən qran-pri turnirini 12 medalla başa vurub. Corner.az Milli Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günündə 2008-ci, 2009-cu və 2010-cu il təvəllüdlü qızların mübarizəsində 49 kq çəki dərəcəsində çıxış edən Veronika Qaşnikova ikinci qızıl medalını qazanıb. Ramilə Heydərova isə 14-15 yaşlı yeniyetmələrin kata çıxışlarında bürünc mükafata sahib olub.
 
Qaşnikova 47 kq-da 14-15 yaşlı yeniyetmələr arasında, Hüseyn Məmmədli (67 kq), Fərid Ağayev (75 kq) və Dadaş Abbasov (84 kq) isə 21 yaşadək gənclər arasında yarışın qalibi olub. Həmin yaş qrupunda Nuran Rzazadə (67 kq) ikinci yeri, Namiq Quliyev (+84 kq), Xumar Əlibəyova (50 kq) və Ayla Rzazadə (61 kq), eləcə də 16-17 yaşlı gənclərin yarışında Fərid Savadov və Amin Yadigarlı (hər ikisi 55 kq) üçüncü pilləni tutub.
 
Beləliklə, milli komanda turnirdən 5 qızıl, 1 gümüş və 6 bürünc medalla dönür.
 
Qran-pri turnirində 33 ölkədən 1 769 idmançı iştirak edib.






Offside