12 may 2026. Çərşənbə axşamı

SSRİ millisinin sabiq hücumçusu vəfat etdi


  • Offside
  • 10:32 22.03.2022
  • Oxunma sayı: 263
SSRİ millisinin sabiq hücumçusu vəfat etdi

SSRİ millisinin və "Rubin"in sabiq futbolçusu Nikolay Osyanin dünyasını dəyişib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran hücumçu uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edib.

Qeyd edək ki, Nikolay Osyanin karyerası ərzində ölkəsinin "İskra", OİK, "Krılya Sovetov", "Spartak" (Moskva) və Qazaxıstanın "Kayrat" klublarında çıxış edib. 1965 - 1969-cu illərdə yığmanın formasını geyinən keçmiş forvard 3 oyunda 1 qol vurub.







Offside