13 dekabr 2025. Şənbə

Azərbaycan Avropa çempionatında Top-8-də


  • Offside
  • 15:26 22.03.2022
  • Oxunma sayı: 184
Azərbaycan Avropa çempionatında Top-8-də
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Corner.az xəbər verir ki, martın 13-də start götürən yarışda oğlan idmançılar arasında yarımfinal döyüşlərinin yekununa əsasən finalda təmsil olunacaq ölkələrin siyahısı açıqlanıb.
 
Avropa çempionatında 13 çəkidən 7-də mübarizə aparan millimizin 2 boksçusu həlledici döyüşdə iştirak hüququ qazanıb. Yığmamız bu nəticə ilə 39 ölkə arasında finalda ən çox təmsilçisi olacaq 8 komandadan biridir.
 
Ümumilikdə isə cəmi 15 ölkənin boksçusu çempionluq üçün döyüşəcək. Bu siyahıda 3-8-ci yerləri bölüşən Azərbaycanı yalnız Ukrayna və İtaliya qabaqlayır.
 
Qeyd edək ki, Poreçdə keçirilən Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov (51 kq) gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov (54 kq) türkiyəli Samet Gümüşlə döyüşəcək.
 
Avropa çempionatı, U-22
Finalda təmsil olunacaq ölkələrin siyahısı
 
1. Ukrayna – 4 boksçu
2. İtaliya – 3
3-8. Azərbaycan – 2
Gürcüstan – 2
Türkiyə – 2
Bolqarıstan – 2
Uels – 2
Ermənistan – 2
9-15. Danimarka – 1
Xorvatiya – 1
İsrail – 1
Almaniya – 1
Avstriya – 1
Niderland – 1
İrlandiya – 1







Offside