UEFA maliyyə feyr-pley qaydalarında dəyişiklik etməyi planlaşdırır. Corner.az “New York Times”a istinadən xəbər verir ki, yeni layihə qəbul olunarsa, klublar son üç mövsümdə bütün gəlirlərinin 70 faizə qədərini futbol komponenti ilə bağlı məsələlərə xərcləyə biləcəklər.
Məlumatda, futbolçuların maaş həddinin ləğv edilməsi də təklif olunub. Bundan əlavə, Avropa əmək qanunvericiliyinə görə belə qaydaların tətbiqi praktiki olaraq mümkün olmadığı bildirilib.
Bu təkliflər qəbul olunarsa, dəyişikliklər 2022-ci il iyun ayının 1-də qüvvəyə minəcək. Keçid dövrü isə 2024-cü ilə qədər davam edəcək.