27 noyabr 2024. Çərşənbə

Bu uğuru Olimpiya Oyunlarında davam etdirmək istəyirəm


  • Offside
  • 15:40 24.03.2022
  • Oxunma sayı: 139
Bu uğuru Olimpiya Oyunlarında davam etdirmək istəyirəm
“Bu, rəsmi beynəlxalq yarışlarda ilk medalımdır. Ölkə xaricində yarışlarda çox az iştirak etmişəm. Buna baxmayaraq, U-22-lərin Avropa çempionatında ikinci yeri tutdum”. Corner.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçuların Avropa çempionatında gümüş medal qazanan Ruslan Qədirov deyib.
 
54 kq çəki dərəcəsində qitənin ikincisi olan 20 yaşlı boksçu yarışdakı çıxışını şərh edib. Böyüklər arasında Azərbaycan çempionatının son qalibi, aşağı yaş qruplarında 5 dəfə ölkə birinciliyinin qızıl medalçısı bildirib ki, növbəti turnirlərdə hədəfi yalnız birincilik olacaq: “İlk iki görüşdə rumıniyalı Marian Çiniou və Ukraynanı təmsil edən həmyerlimiz Elmir Nəbiyevə qarşı taktiki cəhətdən yaxşı hazırlaşmışdım. Hər iki döyüşdə inamlı qələbə qazandım. Finalda qalib gəlməyə bir az təcrübəm çatmadı. Rəqibim döyüşümü oxudu. Bu yarışda müəyyən qədər təcrübə topladım. İnşallah, qarşıdakı yarışlarda daha uğurlu nəticə qazanmağa çalışacam”.
 
Ruslan Qədirov vurğulayıb ki, gələcək yarışlarda daha uğurlu nəticələr qazanmaq və bu uğuru Olimpiya Oyunlarında davam etdirməyi hədəfləyib.






Offside