- Offside
- 22:48 26.11.2024
Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Fransanın Monpelye şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Corner.az xəbər verir ki, 21 yaşlı idmançı qısa proqramda 85.83 xala layiq görülüb.
30 idmançı arasında 13-cü yeri tutan Litvintsev növbəti mərhələyə yüksəlib. O, martın 26-da sərbəst proqramda çıxış edəcək.
Qeyd edək ki, martın 21-də start götürən mundialda Azərbaycanı Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üzərində rəqs üzrə yığmanın üzvləri Yekaterina Kuznetsova və Aleksandr Kolosovski təmsil edir.
Ryabova martın 25-də sərbəst proqramda çıxış edəcək. Kuznetsova və Kolosovski isə 25-26 martda qısa və sərbəst proqramda məharətlərini göstərəcəklər. Dünya çempionatı martın 27-də başa çatacaq.