- Offside
- 22:48 26.11.2024
"Arsenal”ın mövsümün sonuna kimi icarə əsasında “Betis”də çıxış edən müdafiəçisi Ektor Belerin Rusiya klublarının və milli komandalarının beynəlxalq futbol turnirlərindən uzaqlaşdırılmasına münasibət bildirib.
Corner.az “Marca”ya istinadən xəbər verir ki, 27 yaşlı ispan futbolçu, Rusiya klublarına tətbiq edilən qadağaların irqçilyin təzahürü olduğunu bildirib:
“Ukraynadakı bu müharibə ilə digərlərindən daha artıq maraqlanmağımız məntiqsizdir. Bu vəziyyətlərin eynisi Yəmən, İraq və Fələstin'də yaşanıldı və səs çıxarılmadı. Rusiyanın etdiyini digər ölkələrdə etdi ama heç biri dünya çempionatından çıxarılmadı.İndi Rusiya milli komandasına edilən bu hərəkət irqçiliyin təzahürüdür”.
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Sözügedən ölkələrin müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.