27 noyabr 2024. Çərşənbə

Zelenskidən ABŞ prezidentinə Abramoviç xahişi


  • Offside
  • 23:48 24.03.2022
  • Oxunma sayı: 161
Zelenskidən ABŞ prezidentinə Abramoviç xahişi
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydendən “Çelsi”nin sahibi Roman Abramoviçi sanksiyalardan azad etməyi xahiş edib. Corner.az xəbər verir ki, bu barədə “Wall Street” jurnalı məlumat yayıb.
 
Məlumatda, Ukrayna prezidenti ABŞ prezidenti Baydenə zəng etdiyi və ondan Roman Abramoviçə yardım etməsini xahiş edib. Buna səbəb isə Abramoviçin Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətinin olmasıdır.
 
Zelenski Abramoviçin Putini müharibəni bitirməyə razı sala biləcəyini düşünür.
 
Böyük Britaniya hökuməti Abramoviçi Putinə yaxın olduğuna görə “qara siyahı”ya salıb.
 
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücum edib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanılıb. Sözügedən ölkələr müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.






Offside