23 mart 2026. Bazar ertəsi

Yüksək Liqada növbəti turun proqramı bəlli oldu


  • Offside
  • 13:51 25.03.2022
  • Oxunma sayı: 135
Yüksək Liqada növbəti turun proqramı bəlli oldu
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. Corner.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 13-cü turun oyunları martın 26-da təşkil olunacaq.
 
Günün ilk qarşılaşmasında saat 15:00-da “Neftçi” və “Sərhədçi” komandaları üz-üzə gələcək. Bu görüşdən 2 saat sonra “Ekspress” – MOİK oyunu gerçəkləşəcək.
 
Hər iki matç “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.






Offside