- Offside
- 17:25 13.12.2025
Fransanın PSJ klubunun qapıçısı Keylor Navas ukraynalı qaçqınlara kömək edib.
Corner.az "sport.es"ə istinadən xəbər verir ki, 35 yaşlı qolkiper Parisdəki evində 30 nəfər ukraynalı yerləşdirib.
Kosta-Rika millisinin üzvü onları 30 çarpayı ilə də təmin edib.
Qeyd edək ki, Keylor Navas hazırda Kosta-Rika millisinin düşərgəsindədir. Yığma son olaraq bu gün dünya çempionatının seçmə mərhələsinin XII turunda evdə Kanadaya minimal hesabla qalib gəlib- 1:0.