UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Slovakiya yığması yoxlama oyunu keçirib. Corner.az xəbər verir ki, Ştefan Tarkoviçin rəhbərlik etdiyi komanda Norveç millisi ilə üz-üzə gəlib.
Qarşılaşma Skandinaviya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Norveçin qələbə qollarına 77-ci dəqiqədə Erlinq Haland və 80-ci dəqiqədə Martin Edeqor imza atıb.
Azərbaycan millisi Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.