- Offside
- 17:25 13.12.2025
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Fransanın Monpelye şəhərində keçirilən dünya çempionatında 9-cu olub.
Corner.az-ın məlumatına görə, 19 yaşlı idmançı sərbəst proqramda 122,98 xala layiq görülüb.
Daha əvvəl qısa proqramda 65,52 xal toplayan konkisürən iki çıxışın yekununda 188,50 xalla kifayətlənib.
Qeyd edək ki, martın 26-da Vladimir Litvintsev sərbəst proqramda mübarizə aparacaq.